İran, Rusiya və Ş.Koreyaya qarşı sanksiyalar layihəsi qəbul edilib
ABŞ senatı öz düşmənçilik münasibətinin davamında İran, Rusiya və Şimali Koreyaya qarşı sanksiyalar layihəsini qəbul edib.
IRNA-nın verdiyi məlumata görə, İran, Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar layihəsi dünən iki əleyhinə səs müqabilində 98 lehinə səslə ABŞ senatında qəbul olunub.
Amerika konqresinin nümayəndələr palatası da iyulun 25-də İran, Rusiya və Şimali Koreyaya qarşı əhatəli sanksiyalar layihəsini üç əleyhinə səs qarşılığında 419 lehinə səslə qəbul etdi.
İran, Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar layihəsi elə bir halda ABŞ senatında qəbul olunubdur ki, Ağ Evin əlaqələr müdiri Antoni Skaramuççi CNN telkekanalı ilə müsahibədə Donald Trampın bu layihəni olduğu kimi imza və ya veto etməsi ehtimalından xəbər vermişdi.
Amerika prezidentinin bu layihəni imza etməkdən çəkinəcəyi və ya onu veto edəcəyi təqdirdə, layihəni hazırlayanlar Amerika konqresinin nümayəndələr palatası və ABŞ senatı üzvlərinin üçdə iki hissəsinin dəstəyini əldə edərək, onun vetosunu ləğv edə və layihəni birbaşa şəkildə qanuna çevirə bilərlər.
Bu layihə Rusiyaya qarşı maliyyə cərimələri tətbiq edəcək.
Bu layihəyə əsasən, həmçinin İranın raket proqramına və Şimali Koreyanın gəmiçilik sənayesinə qarşı sanksiyalar tətbiq olunub.
Bu layihə Amerikanın müttəfiqlərinin kəskin reaksiyaları ilə üzləşibdir.