İyul 28, 2017 16:25 Asia/Baku
  • Rusiya Amerikanın dərsini verdi
    Rusiya Amerikanın dərsini verdi

Moskva Vaşinqtonun Rusiyaya qarşı son sanksiyaları ilə mübarizədə bu ölkədəki amerikan diplomatların sayının azaldılması barədə göstəriş verib və Birləşmiş Ştatların diplomatik mülklərinin bir hissəsini müsadirə edibdir.

IRNA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi bu gün bir bəyanat yayaraq, bildirib: Amerikalı tərəfə elan olunubdur ki, sentyabr ayının birindən etibarən, həmin ölkənin Moskvadakı səfirliyinin, eləcə də Sankt-Peterburq, Yekaterinburq və Vladivostokdakı baş konsulluqlarının işçilərinin sayı Rusiyanın Birləşmiş Ştatlardakı diplomatik mərkəzlərinin işçilərinin sayına bərabərlik etməli və 455 nəfərədək azaldılmalıdır.

Bəyanata əsasən, Rusiya hökuməti avqust ayının birindən etibarən, Amerika səfirliyinin Moskvanın mərkəzində yerləşən "Dorojnıy" küçəsindəki diplomatik anbarlardan, eləcə də "Serebryanıy bor" daçasından istifadə etməsini dayandırır.

ABŞ konqresinin nümayəndələr palatası yerli vaxtla çərşənbə axşamı günü iyulun 25-də İran, Rusiya və Şimali Koreyaya qarşı sanksiyalar layihəsini üç əleyhinə səs qarşılığında 419 lehinə səslə qəbul etdi. Bu qanun yerli vaxtla cümə axşamı günü də Amerika senatında qəbul olundu. 

Teqlər