Şimali Koreya lideri: Bütün ABŞ ərazisi əhatə dairəmizdədir
https://azeri.sahartv.ir/news/dünya-i277930-Şimali_koreya_lideri_bütün_abŞ_ərazisi_əhatə_dairəmizdədir
Şimali Koreyanın lideri Kim Cun Un hədələyib ki, ABŞ-ın bütün ərazisi Pxenyanın raketlərinin əhatəsindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2017 05:42 Asia/Baku
  • Şimali Koreyanın lideri Kim Cun Un
    Şimali Koreyanın lideri Kim Cun Un

Şimali Koreyanın lideri Kim Cun Un hədələyib ki, ABŞ-ın bütün ərazisi Pxenyanın raketlərinin əhatəsindədir.

İRNA-nın məlumatına görə, Kim Cun Un deyib: Şimali Koreyanın ötən günkü qitələrarası raket sınağı Pxenyanın hər bir zamanda hər bir ölkə, o cümlədən ABŞ-ı raketlə hədəf ala biləcəyini göstərdi. 

Şimali Koreya ötən gün bir qitələrarası raketi sınaqdan keçirib. 

Bu arada Şimali Koreya ötən gün bir bəyanatda bildirib: BMT Təhlükəsizlik Şurasının Pxenyan əleyhinə yeni sanksiyalarının təsdiqləndiyi halda, Şimali Koreya qətiyyətli cavab verəcək. 

Pxenyan ABŞ və müttəfiqlərinin Şimali Koreya əleyhinə hərbi təlimləri və təhdidləri davam etdikcə, bu ölkənin də önləyici hərbi tədbirləri davam edəcək.