Ş.Koreya rəhbəri ABŞ-a xəbərdarlıq edib-Reportaj
Şimali Koreya prezidenti bu ölkənin son Huansunq-14 tipli ballestik raket sınağının uğurlu olduğunu bildirərək Amerikanın hədə-qorxuları qarşısında nüvə silahlarının əhəmiyyətini vurğulayıb və deyib: Bu gün bütün ABŞ əraziləri Şimali Koreyanın raketlərinin hədəfindədir.
Pentaqonun keçmiş rəsmisi Cozef Sirinsyon Şimali Koreya rəhbərinin bu təhdidinə münasibət bildirərkən deyib: Şimali Koreyanın sınaqdan keçirdiyi son raket öncəki nümunələrlə müqayisədə daha uzaq məsafəni hədəfə almaq qabiliyyətinə malikdir. Bu raket Alyaskanı hədəfə ala bilər. Əlbəttə koreyalılar bu raketin ilkin gücləndiricisini tam şəkildə sınaqdan keçirməyiblər, belə bir təqdirdə bəlkə daha uzaq məsafəni hədəfə ala biləcəkdi. Koreyalılar ballestik raketlər sahəsində sürətlə inkişaf edirlər. Məhz buna görədə son sınaq son dərəcə önəmlidir.
Son bir ay ərzində ikinci ballestik raket sınağı olan Şimali Koreyanın son raket sınağı iki Koreya müharibəsinin altmışıncı illərdə baş verən müharibəsinin ildönümü günündə həyata keçirildi. Həmən müharibədə ABŞ Cənubi Koreya, Çin isə Şimali Koreyanın tərəfində idilər. Yaponiya hökumətinin sözçüsü Şimali Koreyanın sınaqdan keçirdiyi raketin 45 dəqiqədən sonra Yaponiyanın iqtisadi zonasına daxil olan dəniz sularına düşdüyünü bildirib. ABŞ Müdafiə Nazirliyi isə Ş.Koreyanın sınaqdan keçirdiyi son raketin min km məsfə qət etdiyini bildirib. Cənubi Koreya Amerika və Yaponiya ilə birlikdə Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəyini bildirib. Yaponiya isə Ş.Koreyanın əsas müttəfiqiolan Çinə qarşı sanksiyalar tətbiq edib. Çin isə Ş.Koreyanı yarımadada böhranlı durumu daha da gərginləşdirəcək hərhansı hərəkətdən çəkinməyə çağırıb. Rusiya isə Ş.Koreyanın son raketinin orta mənzilli olduğunu bildirib. ABŞ prezidenti də Pxenyanın son hərəkətini pisləyərək, bu kimi təşəbbüslərin Ş.Koreyanın daha da təcrid olunmasına gətirib çıxaracağını deyib. ABŞ dövlət katibi isə Ş.Koreyanın hərəkətlərində əsas məsuliyyətin Çin və Rusiyanın üzərinə düşdüyünü bildirib. BMT-nin baş katibi də Ş.Koreyanın son raket sınağının bu təşkilatın qətnamələrini pozduğunu bildirib və Ş.Koreya rəhbərini yaranmış böhranın həlli üçün əməkdaşlığa çağırıb. Avropa Birliyi Şimali Koreyanı regional və beynəlxalq gərginliklərin artmasına səbəb olacaq istənilən təhrikedici hərəkətlərdən çəkinməyə çağırıb. Amerika və Cənubi Koreya da ballestik raketlər üzrə müştərək təlim keçiriblər.