İyul 29, 2017 15:26 Asia/Baku
  • BMT Şimali Koreyanın raket sınağını qınadı

BMT baş katibi Şimali Koreyanın qitələrarası raketi sınaqdan keçirməsinin bu təşkilatın qətnamələrinin pozulmasına səbəb olduğunu bildirib.

İRNA-nın məlumatına görə, BMT baş katibi Antonio Quterreş Şimali Koreyanın qitələrarası raket sınağını qınayaraq deyib: Şimali Koreya lideri Koreya yarımadasının problemlərinin həlli istiqamətində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməlidir.

Quterreş həmçinin Şimali Koreya lideriini iki Koreya arasında əlaqə xətlərinin yenidən yaranmasına dair Cənubi Koreyanın təklifinə müsbət cavab verməyə və ehtimal olunan anlaşılmazlıqları aradan qaldırmağa çağırıb.

Şimali Koreya ötən gün qitələrarası ballistik raketi sınaqdan keçirib.

Teqlər