İyul 29, 2017 19:11 Asia/Baku
  • Çin bütün tərəfləri Şimali Koreyanın raket sınaqları qarşısında təmkinli olmağa dəvət etdi

Çin Şimali Koreyanın son ballistik raket sınağına reaksiya olaraq bütün tərəfləri təmkinli olmağa çağırıb.

İRİB-nin verdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qinq Suanq şənbə günü Şimali Koreyanın qitələrarası ballistik raket sınağına reaksiya olaraq deyib: Bütün tərəflər gərginlikdən uzaq qalaraq, nüvə məsələsini araşdırmaq üçün Pxenyana nümayəndə göndərməlidirlər. 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin, deyib: Pekin Şimali Koreyadan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə sadiq qalmasını və Koreya Yarımadasında vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməsini istəyib. 

Şimali Koreya dünən axşam Yaponiya dənizinə doğru bir ədəd qitələrarası ballistik raket atıb. Bu raket sınağı uğurlu olub. 

Şimali Koreyanın rəhbəri Kim Cung İn bu raket sınağının Amerikanın hər bir nöqtəsinin Pxenyanın raket hücumlarının hədəfində olduğunu sübut etdiyini deyib. 

Pxenyan dəfələrlə bildirib ki, ABŞ və müttəfiqlərinin Şimali Koreyaya qarşı təhdidlərinin davam etdiyi zamana kimi öz hərbi qüdrətini artırmaqda davam edəcək. 

Teqlər