Çinin hərbi-siyasi nümayişi
Çin Silahlı Qüvvələrinin paradı siyasi-hərbi nümayiş idi.
Bütün dünyanın gözü qarşısında çinlilər öz qüdrətinin bir hissəsini nümayiş etdirdilər. Çin Xalq Azadlığı Uğrunda Ordunun təsis olunmasının 90 illiyi ilə təşkil olunan bu nümayişdə 12 min hərbçi iştirak etdi. Çində deyilir ki, ölkə dünyanın ikinci böyük iqtisadiyyatını idarə edir və ölkə ordusu da illərdir yeniləşməkdə və modernləşməkdədir. Modernləşmə texnologiya, təyyarədaşıyan gəmilər, nüvə raketləri, qırıcılar, pilotsuz uçan aparatlar, yeni tanklar və başqa təchizatlar ordunun potensialını genişləndirəcəkdir.
Çin prezidenti Si Szinpin bu tədbirdə hərbi uniformada hərbçilərin paradının şahidi idi. O dəfələrlə hərbçilərə dedi: Dostlarım! Siz var-gücünüzlə çalışdınız. Cavabında eşitdi ki, biz xalqın xidmətindəyik.
Prezident bu tədbirdə deyib: Çin ordusu ölkənin proqramını dünya səviyyəsinə qədər irəlilətmək üçün tam etimad və qüdrətdən faydalanır. Biz hər zamankından daha çox güclü orduya ehtiyaclıyıq. Xüsusilə də Çin xalqının potensiallarının yenilənməsində məqsədlərimizə yaxınlaşmışıq.
Çin prezidentinin sözləri beynəlxalq məsələlərdə əsaslı oyunçuya çevrilmək üçün arzu olunan Çin məqsəd idi.
Çinin böyük hərbi paradı müttəfiqləri və düşmənləri üçün siyasi müraciətləri əks etdirirdi.