İyul 31, 2017 17:57 Asia/Baku
  • Maduro Venesuela xalqının iştirakını alqışlayıb
    Maduro Venesuela xalqının iştirakını alqışlayıb

Venesuela prezidenti Karakasın mərkəzində tərəfdarları qarşısında vətəndaşların Təsisçilər Məclisi seçkilərində iştirakını alqışlayıb və qələbəsini elan edib.

Hispan TV-nin məlumatına görə, Venesuela Milli Seçki Şurasının bu seçkilərdə 8 milyon venesuelalının iştirak etdiyini bildirdikdən sonra, prezident Nikolas Maduro deyib: Bu səslər ən böyük səslərdir və 18 illik seçkilər tarixində bolivar inqilabıdır. 

Maduro əlavə edib: Venesuela vətəndaşları təhdidlər, terror aktları və milli və beynəlxalq sağçı radikalların sərtliklərinə baxmayaraq, bu seçkilərdə iştirak etdilər. 

Venesuela prezidenti sözlərinin digər bir hissəsində venesuelalı sağçıların radikal hərəkətləri, həmçinin əcnəbilərin bu ölkənin daxili məsələlərində müdaxilələrini pisləyib. 

Maduro aprel ayından Venesuelada qarşıdurma və iğtişaşlara səbəb olan Təsisçilər Məclisinin təşkili layihəsinə toxunaraq arxayınlıq edib ki, bu seçkilərin keçirilməsindən sonra Nazirlər Kabinetinin iş gündəmində olacaq ilk məsələlər, dialoq, ədalət, sülh və iqtisadiyyat olacaqdır. 

Venesuela prezidenti bir daha müxalifətə təklif edib ki, ölkədə sülhün bərpası metodu ardınca olsunlar və Təsisçilər Məclisində qeydiyyata alınsınlar. 

Maduro 2017-ci ilin əvvəllərindən danışıqlara yenidən başlanmasına dair müxalifətə çağırışlar edib. Lakin onlar bu işdən boyun qaçırırlar. 

Təsisçilər Məclisinin seçkiləri bazar günü keçirildi. 

Venesuela Milli Seçkilər Şurası bildirib ki, bu ölkə vətəndaşlarının 41% Təsisçilər Məclisi seçkilərində iştirak edib. 

Teqlər