Amerika kürdləri silahlandırmaqda davam edir
-
Amerika kürdləri silahlandırmaqda davam edir
Suriyada müxalifətdə olan kürd qruplara Amerika tərəfindən hərbi yardımlar 809 yük maşını olub.
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, Amerika Suriyanın şimal şərqində fəaliyyət göstərən PYD yaraqlılarına 80 yük maşını silah və hərbi sursat göndərib və beləliklə həmin qrupa Amerikanın göndərdiyi hərbi yardımların miqdarı 809 yuk maşınına çatıb.
Türkiyə telekanalı silahların İraqla həmsərhəd ərazidə Hiskə vilayətində PYD qüvvələrinə verildiyini bildirib.
Kürd yaraqlılarının Amerika tərəfindən silahlandırılması mövzusu Ankara ilə Vaşinqton arasında böhrana səbəb olub və Amerika rəsmiləri kürdlərə göndərilən silahların İŞİD məhv olduqdan sonra geri alınacağını iddia edirlər amma Türkiyə dövləti həmin silahların Suriya kürdləri tərəfindən Türkiyənin yaraqlı kürdləri PKK-nın ixtiyarına verildiyini bildirir.