Abxaziyada sursat anbarında partlayış; 60 nəfər yaralanıb
Avq 03, 2017 08:45 Asia/Baku
Qondarma Abxaziya respublikasındakı bir sursat anbarında partlayış və yanğın altmış nəfərin yaralanması ilə nəticələnib.
IRNA-nın məlumatına görə, Primorskoye kəndinin yaxınlığında baş vermiş bu partlayış qondarma Abxaziya respublikası ordusunun sursat anbarında baş verib. Yaralılar arasında 35 Rusiya vətəndaşı var.
Yerli mənbələr xəbər veriblər ki, yanğın davam etməkdədir və çoxlu sayda yanğınsöndürmə maşınları yanğını söndürməklə məşğuldur.
Abxaziya və Cənubi Osetiya 2008-ci ildə birtərəfli şəkildə Gürcüstandan ayrıldıqlarını bildirdilər. Rusiya 2008-ci il avqustun 26-da Abxaziya və Cənubi Osetiyanın istiqlaliyyətlərini rəsmən tanıdı və elə həmin ilin doqquz sentyabrında bu iki qondarma respublika ilə demokratik əlaqələr qurdu.