Avq 03, 2017 12:53 Asia/Baku
  • Rusiya nümayəndəsi: Rusiyanın siyasətləri dəyişməyəcək
    Rusiya nümayəndəsi: Rusiyanın siyasətləri dəyişməyəcək

Rusiyanın BMT-dəki nümayəndəsi ABŞ-ın onun ölkəsinə qarşı son sanksiyalarına reaksiyada bildiribdir ki, bu hərəkətlər Rusiyanın siyasətlərində dəyişikliyə bais olmayacaqdır.

Vasiliy Nebenzya deyib: Bizim üçün təəccüblü deyil; hamımız bilirdik ki, məsələlər necə inkişaf edir və indi də hər şey aydınlaşıbdır. Əlbəttə, qərar deyil ki, mən Amerikanın daxili məsələləri barədə fikir bildirəm, lakin məsələ burasındadır ki, prezident Trampın da bu layihəni imzalamaqdan savayı çarəsi yox idi. Bu layihənin təqdimatçısı ABŞ konqresi idi və Rusiyaya qarşı boş ittihamlar əsasında hazırlanmışdı.

O, əlavə edib: Mənim üçün belə bir sual yaranıbdır ki, görən, Rusiyanın ittiham edilməsi üçün bir günah qalıbdırmı? Bəzi amerikan rəsmilər belə deyirlər: Bu layihə Rusiyanı Amerika ilə həmkarlığa təşviq edə bilən bir layihədir. Məncə, bu cür təşviq etmək qəribə bir hərəkətdir. Hər halda, biz şıltaq uşaqlar kimi olmağa və baş verən hər bir hadisənin bizi təhqir etdiyini hiss etməyə adət etməmişik. Biz Amerika daxil olmaqla öz şəriklərimizlə əməkdaşlıq üçün yollar tapmağa meylsiz deyilik, lakin bu layihəni təqdim etmiş kəslər əgər bizim siyasətlərimizi dəyişə biləcəklərini təsəvvür edirlərsə, bilməlidirlər ki, yanılırlar və tarix də dəfələrlə bunu göstəribdir. Onlar daha yaxşı bilməlidirlər ki, biz dizə çökmür və sınmırıq.

Teqlər