Nyu-Yorkda silahlı insident; 12 nəfər yaralandı
Avq 07, 2017 09:18 Asia/Baku
ABŞ polisi Nyu-Yorkun müxtəlif məntəqələrində çıxan silahlı insidentlər nəticəsində 12 nəfərin yaralandığını bildirib.
Nyu-York Post qəzetinin yazdığına görə, ABŞ polisi bildirib: Nyu-Yorkun Bronks və Manhetten məhəllələrində çıxan silahlı insidentlərdə 12 nəfər yaralanıb.
Polis rəsmiləri hadisə qurbanlarının yoldan keçən adi insanlar olduğunu bildiriblər.
Hər il Amerikada minlərlə nəfər silahlı insidentlər nəticəsində həyatını itirir və ya xəsarət alır. Buna baxmayaraq ABŞ hökuməti silah lobbilərinin təzyiqləri altında silah satışı və daşınması ilə bağlı qanuna heç bir düzəliş edə bilmir. Bu da ictimai qrumların və insan haqları müdafiəçilərinin ciddi tənqidlərinə səbəb olub.