Avq 07, 2017 09:56 Asia/Baku
  • Qunter Utinger
    Qunter Utinger

Avropa Komissiyasının bir rəsmisi Britaniyanın Avropa Birliyi qarşısındakı uzunmüddətli maliyyə öhdəliklərinə əməl etməsinə təkid edib.

Avropa Birliyinin maliyyə məsələləri üzrə komissarı Qunter Utinger Almaniyada çıxan "Bild" qəzeti ilə müsahibədə deyib: Britaniyanın 2019-cu ildə Avropa Birliyindən çıxmasından sonra, bu ölkə 2020-ci ilə kimi, 2016-cı ildə keçirilən "Brexit"lə bağlı referendumdan öncə icrası barədə üzərinə öhdəlik götürdüyü uzunmüddətli proqramlardakı payını ödəməlidir.

Utinger 2020-2024-cu illər üçün 4 illik büdcə çərçivəsində Britaniyanın öz payını 2020-ci ilə kimi ödəməli olduğunu vurğulayıb.

Britaniyanın Avropa Birliyindən çıxması bu birliyin ümumi büdcəsində təqribən 10-12 milyard avroluq bir boşluq yaratmış olacaq.

Bu büdcə kəsri digər üzv ölkələrin paylarının artırılması və büdcə xərclərinin azaldılması ilə kompensasiya ediləcək.

Britaniya əhalisi 23 iyun 2016-cı ildə bu ölkənin Avropa Birliyindən çıxmasına səs verdi. Britaniyanın AB-dən çıxması ilə bağlı müzakirələr artıq başlanıb və müzakirələrin yekunlaşdırılması üçün 2019-cu il yekun tarix olaraq təyin edilib.

Teqlər