Avq 07, 2017 11:45 Asia/Baku
  • Venesuelada hərbi bazaya edilən hücumla əlaqədar 10 nəfər saxlanılıb
    Venesuelada hərbi bazaya edilən hücumla əlaqədar 10 nəfər saxlanılıb

Venesuela prezidenti ölkənin şimal-qərbində bir hərbi bazaya edilən hücumla əlaqədar 10 nəfərin saxlanılmasından xəbər verib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Venesuela prezidenti Nikolas Madoro bazar günü ölkənin şimal-qərbində yerləşən Valensiya şəhərində bir qrup silahlı şəxsin bir hərbi bazaya hücum etməsi hadisəsi ilə əlaqədar 10 nəfərin saxlanılmasından xəbər verib.

Venesuela prezidenti deyib: silahlı hücumçular ilə dövlət qüvvələri arasında çıxan toqquşmada 2 nəfər ölüb.

Venesuela ordusunun komandanı general Suarez Xoryo da bu barədə deyib: Hərbi bazaya edilən hücum bir terror aktı olub və bu terror aktının xərclərini müxalif partiyalar və onlar ilə əlbir olanlar ödəyiblər.

Venesuela son aylar hökumət əleyhinə etirazların şahididr.

Venesuelada Konstitusiya Assambleyasına seçkilər 30 iyul 2017-ci il tarixində keçirilmişdi və rəsmi statistikalara əsasən bu seçkilərdə səsvermə haqqına malik olanların 41%-i iştirak edərək, Konstitusiya Assambleyasının 545 üzvünü seçib.

ABŞ hökuməti Karakasa qarşı düşmənçiliyinin davamında Konstitusiya Assambleyası seçkilərini qeyri-qanuni adlandıraraq, Venesuela prezidenti Nikolas Madoroya qarşı sanksiyalar tətbiq edib.

Teqlər