Rumıniya və Britaniya gəmiləri toqquşdu; 1 nəfər öldü, 2 nəfər itkin düşdü
https://azeri.sahartv.ir/news/dünya-i278930-rumıniya_və_britaniya_gəmiləri_toqquşdu_1_nəfər_öldü_2_nəfər_itkin_düşdü
Rumıniyaya aid bir qayığın bir İngilis gəmisi ilə toqquşması nəticəsində bir nəfər ölüb, 2 nəfər isə yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2017 09:20 Asia/Baku
  • Rumıniya və Britaniya gəmiləri toqquşdu; 1 nəfər öldü
    Rumıniya və Britaniya gəmiləri toqquşdu; 1 nəfər öldü

Rumıniyaya aid bir qayığın bir İngilis gəmisi ilə toqquşması nəticəsində bir nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Rumıniya rəsmiləri bazar günü bu barədə məlumat verərək, hadisənin bu gün İngiltərənin cənub-şərqində, Sasks sahil sularında baş verdiyini bildiriblər.

Rumıniyanın Xarici İşlər Nazirliyi hadisə nəticəsində yaralanan bir Rumıniya vətəndaşının xəstəxanaya yerləşdirildiyini, amma, digər iki nəfərin taleyi ilə bağlı məlumatın olmadığını bildirib.

Bu məlumata görə, itkin düşmüş şəxsləri tapmaq üçün bir neçə helikopter və xilasedici qayıqdan ibarət axtarış qrupu yaradılıaraq, hadisə yerinə göndərilib.