ASEAN iclası ilə müxalif olanlar Filippinin paytaxtında aksiya keçiriblər
Bir qrup filippinli paytaxt Manilada aksiya keçirərək, cənub-şərq Asiya ölkələri birliyi ASEAN-ın iclasında qəbul edilən bəzi qərarlara, yoxsulluq və ictimai ədalətsizliyin davam etməsinə etiraz ediblər.
İRNA-nın məlumatına görə, narazı kütlə ASEAN-ın məxfi anlaşmaları habelə, yoxsulluq və ictimai ədalətsizliklər əleyhinə şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları ASEAN-ı içiboş barabana bənzədiblər və bu təşkilatın üzv ölkələrin sosial, məişət və ictimai problemlərinin həllində təsirsiz hesab ediblər. Çünki, yoxsulluq və ədalətsizlik hər gün daha geniş miqyas almağa başlayıb.
Bir qrup aksiya iştirakçısı həmçinin, Pekinin Cənubi Çin Dənizindəki rəftarlarına etiraz ediblər.
Aksiya iştirakçıları ASEAN ölkələrinin iri şirkətləri himayə etmələri və əkinçilər, balıqçılar və yerli sakinlərin məişət problemlərinə laqeyd yanaşmalarını qınayıblar.
ASEAN-a üzv 10 ölkənin xarici işlər nazirləri digər 16 ölkənin xarici diplomatiya idarəsi başçılarının və Avropa Birliyinin nümayəndələrinin iştirakı ilə ötən iki gündə iqtisadi və təhlükəsizlik məsələlərini araşdırmaq üçün bir araya gəliblər. Bu gün ASEAN-ın təsis edilməsinin 50-ci ildönümü qeyd olunub.
Malayziya, Filippin, İndoneziya, Vyetnam, Tayland, Sinqapur, Kambociya, Myanmar, Laos və Bruney ASEAN-a üzv 10 ölkədir. Amerika, Rusiya, Yaponiya, Cənubi Koreya, Çin, Avstraliya, Yeni Zelandiya və Hindistan isə bu birliyin dialoq tərəfdaşları sayılır.