Almaniya Türkiyə siyasətində dəyişiklik görmür
Avq 08, 2017 11:58 Asia/Baku
Almaniyanın xarici işlər naziri deyib: Yaxın gələcəkdə Türkiyə prezidentinin siyasətlərində dəyişiklik ehtimalı barədə heç bir əlamət müşahidə olunmur.
Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel İştotqarter Naxrixten qəzetinə verdiyi müsahibədə Türkiyədə baş verən son dəyişikliklərin bu ölkənin Avropa Birliyinə üzvlüyü prossesinə təsiri barədə verilən sualı cavablandırarkən deyib: Türkiyə AB-yə qoşulmaq üçün Avropa dəyərləri əsasında hərəkət etməlidir.
Alman rəsmi Türkiyədə bəzi Almaniya vətəndaşının həbs edilməsindən narazılığını ifadə edərək deyib: Almaniya vətəndaşları ilə beləcə davrananlar Berlinin onlarla yaxşı davranacağını gözləməməlidirlər.