Avq 09, 2017 19:57 Asia/Baku
  • Rusiya və İndoneziya terrorizm ilə mübarizəni gücləndirirlər

İndoneziya və Rusiyanın xarici işlər nazirləri bildiriblər ki, iki ölkə Asiyanın cənub şərqində ifratçılığın geniş yayılması təhlükəsinə qarşı aralarındakı əməkdaşlıqları gücləndirəcəklər.

FransPress-in verdiyi məlumata görə, Rusiyanın XİN rəhbəri Sergey Lavrov Asiyanın cənub şərq regionuna səfərinin ikinci və sonuncu günündə İndoneziya paytaxtı Cakartada deyib: Moskva və Cakarta terrorçu İŞİD qrupunun təfəkkürünün yayılması ilə mübarizə sahəsində əməkdaşlıqlarını genişləndirmək qərarına gəliblər.

Lavrov mətbuat konfransında etdiyi çıxışında deyib: İŞİD-in təhlükəsi aradan qalxmayıb bu qrupun üzvləri bütün dünyaya o sıradan da Rusiya və İndoneziya sərhədlərinin yaxınlığına yayılıblar.

İndoneziyada yüzlərlə ifratçı İŞİD sıralarında döyüşmək məqsədi ilə bu ölkəni tərk edib. Son aylar ərzində bu ölkədə terror aktları törətməyə cəhdlərin sayı artıb.

İndoneziya rəsmilərinin bildirdiklərinə görə, bu ölkənin vətəndaşlarından ibarət onlarla adam İŞİD sıralarında döyüşmək üçün Filippinin cənubunda müsəlman sakinli Maravi şəhərinə köçüblər.

Rusiyanın xarici işlər naziri deyib: Bizim xüsusi agentliklərimizin terrorizm ilə müştərək mübarizə sahəsində koordinasiyaya xüsusi diqqətləri var.

Teqlər