ABŞ-ın Havay Ştatında tam hazırlıq vəziyyəti elan edilib
ABŞ rəsmiləri Şimali Koreyanın nüvə hücumu ehtimalı məsələsinin gündəmə gəlməsi ilə Havay Ştatında tam hazırlıq vəziyyəti elan ediblər.
CNN telekanalının cümə axşamına olan məlumatına görə, ABŞ rəsmiləri Havay adalarında təhlükə siqnalı yerləşdirərək, ada sakinlərindən təhlükə siqnallarının işə düşəcəyi təqdirdə sığınacaqlara getmələrini istəyiblər.
ABŞ-ın hərbi rəsmilərinin proqnozlarına əsasən Şimali Koreyadan atılacaq raketin Havay adalarına çatması üçün sadəcə 20 dəqiqə vaxt lazımdır.
Havay adaları Sakit okenda yerləşir və Amerikanın 50-ci ştatı sayılır. Havay ştatının paytaxtı və mərkəzi isə Honololo-dur.
Quam adasının ABŞ-ın Nümayəndələr Məclisindəki nümayəndəsi Madeline Bordallo Vaşinqton və Pxenyan arasında çəkişmələrin artmasına reaksiya olaraq, bu məsələdən nigaranlıq edib.
ABŞ prezidenti bu həftə diplomatik qaydalara yaraşmayan bir formada Şimali Koreyanı təhdid etmiş və Pxenyanın dünyanın hələ şahidi olmadığı bir atəş və qəzəb ilə üzləşəcəyini demişdi.
Şimali Koreya da bu təhdidlərə cavab olaraq, Quam adasına ballistik raketin atılması planını araşdırdığını bildirib.