Avq 10, 2017 18:53 Asia/Baku
  • Əfqanıstan dövləti
    Əfqanıstan dövləti "Mirza Uləng" qurbanlarının qanının intiqamını alacaq

Əfqanıstanın milli birlik dövlətinin icra şurası vurğulayıb ki, Taliban və İŞİD Sərepol vilayətinin "Mirza Uləng" məntəqəsində bəşəriyyətə zidd cinayətlər törədiblər.

Ava xəbər agentliyinin məlumatına görə, Əfqanıstan milli birlik dövlətinin icra şurası sədri sözçüsünün müavini bu gün Kabildə keçirdiyi həftəlik brifinqdə deyib ki, Əfqanıstan dövləti Taliban və İŞİD-dən Səyyad rayonu yaxınlığında yerləşən "Mirza Uləng" qurbanlarının qanının intiqamını alacaq.

Cavid Feysəl təhlükəsizlik qüvvələrinin "Mirza Uləng" məntəqəsini geri almağa hazır olmalarından xəbər verib və belə deyib: Günahsızların qanının intiqamı tezliklə alınacaq və bu məntəqədəki soyqırımında əli olmuş kəslər yatırılacaqlar.

Bundan öncə də Sərepol əhalisinin Əfqanıstan milli məclisindəki nümayəndəsi Seyid Mohəmməd Hoseyn Şərifi Bəlxabi "Mirza Uləng" məntəqəsində şiələrin terrorçular tərəfindən qətli-am edilmələrini hərbi cinayət və soyqırımı adlandırmışdı.

Cari həftənin əvvəllərində Talibanın və İŞİD-in əlinə keçmiş bu məntəqədə indiyədək bir qrup uşaq və qadın daxil olmaqla azı altmış nəfər faciəli şəkildə qətlə yetirilib və təqribən 150 ailə də onların mühasirəsindədir.

Teqlər