Avq 13, 2017 09:08 Asia/Baku
  • Lavrov: Amerika Cəbhətünnüsrəyə qarşı mübarizə aparmır
    Lavrov: Amerika Cəbhətünnüsrəyə qarşı mübarizə aparmır

Rusiyanın xarici işlər naziri Amerikanın terrorizmə qarşı ikili standart tətbiq etdiyini bildirərək deyib: ABŞ-ın başçılıq etdiyi sözdə İŞİD-ə qarşı beynəlxalq koalissiya nəinki terrorçu Cəbhətünnüsrə qrupu ilə mübarizə aparmır hətta onu qoruyub saxlamağa cəhd göstərir.

İRNA-nın verdiyi məlumata görə, Sergey Lavrov dünən deyib: Vaşinqton Cəbhətünnüsrə terror qrupunu saxlayaraq ondan Suriya dövlətini devirmək üçün istifadə etməyi planlaşdırır. 

Rusiya ordusunun baş qərargah əməliyyat mərkəzinin rəisi Sergey Rudskoy da son günlər bildirmişdi ki, ABŞ-ın başçılıq etdiyi sözdə İŞİD-ə qarşı beynəlxalq koalissiya Suriyada terrorçu İŞİD qrupunun məhv edilməsinə mane olur. 

Teqlər