Britaniyanın AB-dən çıxması vurğulanıb
https://azeri.sahartv.ir/news/dünya-i279556-britaniyanın_ab_dən_çıxması_vurğulanıb
Britaniya hökumətinin başçıları bildiriblər ki: London gizli şəkildə Avropa Birliyi daxilində qalmağı planlaşdırmır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2017 08:20 Asia/Baku
  • Britaniyanın AB-dən çıxması vurğulanıb
    Britaniyanın AB-dən çıxması vurğulanıb

Britaniya hökumətinin başçıları bildiriblər ki: London gizli şəkildə Avropa Birliyi daxilində qalmağı planlaşdırmır.

İndependent qəzetinin yazdığına görə, Britaniyanın maliyyə naziri Filip Hamund və ticarət naziri Liam Faks möştərək mövqe tutaraq baş nazir Teraza Meyin vaxtlı-vaxtında AB-dən çıxmaq barədəki vədəsinin icra olunacağını vurğulayıblar. 

Britaniya dövlətinin nazirləri bu ölkənin Avropa Birliyindən çıxmasını dəstəkləyərək bildiriblər ki, proqnozlaşdırıldığı kimi, Britaniya 2019-cu il mart ayında Avropa Birliyindən çıxa bilərsə şirkətlərin iqtisadi problemlərlə üzləşməmələri üçün  keçid dövrü yaradılacaq. Britaniya xalqı 2016-cı il iyun ayının 23-də keçirilən referendumda ölkələrinin AB-dən çıxmasına səs verdilər.