Almaniyanın ən güclü kampaniyasına Merkel tərəfindən start verilib
Avq 13, 2017 18:55 Asia/Baku
Almaniya konsleri 24 sentyabrda keçiriləcək parlament seçkiləri üçün bu ölkənin ən güclü seçki kampaniyasına start verib.
Frans24 telekanalının verdiyi məlumata görə, Xristian Demokrat partiyasından olan Almaniya konsleri Angela Merkel dünən Almaniya avtomobilqayırma sənayesinin başçılarına, bu ölkə sənayesinə dünya səviyyəsində etimadın bərpa edilməsi barədə xəbərdarlıq etməklə özünün seçki kampaniyasına başlayıb.
Deyilənlərə görə bu Almaniyanın ikinci dünya müharibəsindən sonra şahidi olacağı ən böyük kampaniya olacaq.
Angella Merkel 4-cü dəfə üçün konsler olmaq istəyir.
Almaniyada parlament seçkiləri 24 sentyabrda keçiriləcək və Merkel o vaxtadək ölkənin 50 şəhərində 50 seçki kampaniyası keçirməyi planlaşdırıb.