Avq 14, 2017 19:29 Asia/Baku
  • Moskvada bir İŞİD dəstəsi həbs olunub
    Moskvada bir İŞİD dəstəsi həbs olunub

Rusiyanın təhlükəsizlik məmurları əməliyyat keçirmək üçün Moskvaya daxil olmuş üçnəfərlik İŞİD dəstəsini həbs ediblər.

Sputnik xəbər agentliyinin məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti bir bəyanatda bildirib ki, bu təşkilatın məmurları böyük ticarət məkanlarında və ümumi nəqliyyat vasitələrində terror əməliyyatı keçirməyə hazırlaşan iki İŞİD üzvünü və bomba hazırlamaq üzrə bir mütəxəssis komandiri aşkarlayaraq, həbs ediblər.

Bu bəyanata əsasən, təhlükəsizlik məmurları həmçinin bu terrorçuların Moskvadakı bombaqayırma və partlayıcı maddələr istehsalı mərkəzini aşkar ediblər.

Bu terror dəstəsinin bir üzvü Rusiya, yerdə qalanları isə Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşları olublar.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir ki, bu terrorçulardan "şeytan ana" da adlandırılan "proksid ston" adlı partlayıcı maddə aşkar edilib.

Rusiya Federal Təhlükəsizlik Xidməti iyun ayının sonlarında da Sankt-Peterburq şəhərinə qarşı bir hücumun zərərsizləşdirilməsi və bununla bağlı yeddi şübhəlinin həbs olunmasından xəbər vermişdi.

Xüsusən Rusiyanın respublikalarından və Qafqaz məntəqələrindən olan yüzlərlə rus xüsusən Suriya və İraqda terrorçuların, xüsusən İŞİD-in sıralarındadır.

Rusiyanın təhlükəsizlik qüvvələri bu şəxslərin bu ölkəyə geri dönmələri zamanı aşkarlanması və həbs olunmasına səy göstərirlər.

Teqlər