Mogerini Koreya yarımadası böhranının həllini vurğuladı
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Koreya yarımadasında böhranın dinc yolla həll edilməsini istəyib.
Mehr İnformasiya Agentliyinin məlumatına görə, Federika Mogerini bazar ertəsi gecə bir bəyanatda münaqişə tərəflərini Koreya yarımadasındakı mövcud gərginliklərə son qoymaq üçün müzakirəyə üz tutmağa çağırıb.
Avropa Birliyi xarici siyasət məsələləri üzrə koordinatorunun sözlərinə görə, böhranın hazırkı şəraitində Avropa Birliyi gərginliklərin azaldılması və bölgədə müharibənin baş verməsinin qarşısını almaq üçün diplomatik səyləri dəstəkləyir.
Halbuki bir neçə saat öncə Şimali Koreyanın rəsmi informasiya agentliyi bildirib ki, Şimali Koreya lideri Kim Çen İn hərbi komandanlarla baş tutan iclasında sakit okeanın qərbində Quam adasına raket hücumun detalları haqda məlumat alıb. Quam adası ABŞ ordusu və dəniz donanması piyadalarının yerləşdiyi məkandır.
Kim Çen İn bu toplantıda Şimali Koreya hərbi komandanlarına zərurilik hiss olunduğu halda hücum üçün ölkə ordusunu hazırlığa gətirmələrini göstəriş verib.