Avq 16, 2017 19:52 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

Bir dəfə ABŞ prezidenti Donald Tramp mətbuat konfransı keçirərkən jurnalistin ona sual verməsinə icazə verməyərək belə demişdi: Bir dəqiqə dayan! Mənim sözüm bitməyib. Ey saxtakar media! Mənim sözüm bitməyib.

Tramp həmişəkindən daha çaşbaşdır. Son qarşıdurmalarda, hər iki tərəf, həm irqçilər, həm də onların müxalifləri müqəssirdir. İndi həm irqçilərin canına, həm də müxaliflərin düşərgəsinə yenidən od düşüb.

Etirazçılar Şimali Karolinada bir heykəli endirirlər. Bu heykəl Amerikada vətəndaş müharibəsində quldarlığın tərəfdarının simvolu hesab olunurdu.

Demokratların ağ saçlı senatoru Berni Sanders də qılıncı daha kəskin işə salıb və Trampın impiçment edilməsi daha güclənib.

Sanders deyib: Siz ölkəni və milyonlarla amerikalını utandırırsınız.

Bu arada Barak Obama kimi heç kim anti-irqçilik mövqeyi ilə bəyənilməyib. Milyonlarla dəfə. Bəyənmələr ehtimal üzrə cənab Trampı narahat edir.

Digər tərəfdən Nümayəndələr Palatasında azlıqlarının rəhbəri Nansi Plusi müraciət edib ki, Ağ Evin baş strateqi Stiv Bannen kənarlaşsın. Tramp da guya razılaşıb.

Amma BMT-də baş katib Quterreş Amerikadakı son iğtişaşlar ardınca, irqçilik və islamofobiya ilə mübarizənin aparılmasını və hamının bu fenomenlər qarşısında durmasını istəyib. Bu dəfə daha bir şəffaf mövqe.

ABŞ indiyə qədər dəfələrlə açıq-aşkar şəkildə elan edib ki, BMT bəzi məsələlərdə müdaxilə edərsə, təmin etdiyi BMT-nin büdcəsinin əsas hissəsini dayandıracaq.

 

Teqlər