Avq 17, 2017 14:27 Asia/Baku
  • ntonio Quterreş
    ntonio Quterreş

BMT-nin baş katibi bildirib ki, Şimali Koreyaya qarşı hərbi seçim dəhşətlidir. O, deyib ki, bu böhran diplomatik yolla həll olunmalıdır.

BMT-nin Nyu-Yorkdakı iqamətgahında bir mətbuat konfransında çıxış edən Antonio Quterreş deyib ki, Koreya yarımadasında gərginlik ötən onilliklərdə ən yüksək səviyyəyə çatıbdır.

Quterreş yarım əsr bundan öncə iki Koreya arasında baş vermiş savaşın xəsarət və nəticələrinin həcmini xatırladaraq, deyib: BMT-nin Təhlükəsizlik Şurası son zamanlar qəbul etdiyi bir qətnamə ilə Şimali Koreya dövlətinə "aydın bir mesaj" verdi.

BMT-nin baş katibi bildirib: Hərbi seçimlər o qədər dəhşətlidir ki, onların barəsində düşünmək mümkün deyil.

Amerika prezidenti Donald Tramp dəfələrlə Şimali Koreyanı hərbi addımla təhdid edibdir. O, deyib: Pxenyanın Vaşinqtonu hədələyəcəyi halda, Amerika ona "alov hiddət"lə cavab verəcəkdir. 

Şimali Koreyanın rəhbəri dünən bildirib ki, bu ölkə Vaşinqtonun hakimiyyəti altında olan Quam adalarına hücum etməyə hazırdır. Bununla belə, Pxenyan bildiribdir ki, hələlik əl saxlayıb və bu məntəqəyə hücum etməyəcəkdir.

Teqlər