Avq 19, 2017 16:42 Asia/Baku
  • Hindistanın Ruhinqa müsəlmanları üçün yaratdığı problemlər
    Hindistanın Ruhinqa müsəlmanları üçün yaratdığı problemlər

Myanma dövləti bu ölkə müsəlmanlarından təqribən bir milyon nəfərə vətəndaşlıq hüququ vermir, eləcə də BMT-nin faktaraşdırıcı komitəsi üzvlərinin bu ölkəyə daxil olmaları və müsəlmanların vəziyyətini araşdırmalarını əngəlləyir.

Hindistanda onların sayı təqribən 40 min nəfər elan olunubdur. Myanmadan olan ruhinqalı didərgin müsəlmanlar.

Hindistanda xəbərin yayılması, myanmalı mühacirlər və didərginləri nigaran edibdir.

Mühacir: Hazırda Hindistan deyir ki, Myanmaya geri dönməliyik. Amma Myanmada vəziyyət olduqca ağırdır. Kişiləri və uşaqları öldürür, qadın və qızları isə zorlayırlar. 

Hindistanın daxili işlər nazirliyi bildirib ki, bütün qanunsuz didərginlər, o cümlədən ruhinqalılar aşkarlanaraq, ölkədən çıxarılacaqlar. Hərçənd bu şəxslər Hindistanda da qarışıq duruma malikdirlər, amma deyirlər ki, əgər Myanmaya geri dönərlərsə, öldürüləcəklər.

Mühacir: Hərbçilər və buddistlər müsəlmanları öldürürlər. Bu vəziyyətdə biz necə geri dönək?

BMT-nin Baş Komissarlığı Hindistanda 16 mindən çox ruhingalı mühacirə şəxsiyyət vəsiqəsi veribdir ki, dəlilsiz həbslər və ölkədən çıxarılmaqdan amanda qalsın.

Amma Hindistanın daxili işlər nazirliyində müşavir nazir deyib ki, ölkəsi mühacirlərə aid müahidəni imzalamayıbdır.

BMT-nin baş katibi də Hindistan dövlətinin ruhinqalı müsəlmanların Hidistandan çıxarılmaları barədəki qərarından nigarançılıq edərək, deyib: Bizim hamımız dünya mühacirləri qarşısında məsuliyyət daşıyırıq.

Mühacir: 2012-ci ildə onlar müsəlmanları qırğın etməyə başladılar. Hazırda Myanma müsəlmanları nə səfər icazəsinə malikdirlər, nə də ki ailə qura bilərlər.

Myanmanın dövləti və xəfiyyə qüvvələrinin himayəsi altında buddistlər tərəfindən bu ölkədəki müsəlman azlığa qarşı zülm, təzyiq və onlara divan tutulması davam etməkdədir.

Belə bir halda, bu ölkədə hakim partiyanın sədri xanım Aun San Su Ci bundan öncə Nobel sülh mükafatını alıbdır.  

Teqlər