Sen 17, 2025 17:32 Asia/Baku
  • İspaniya Fələstinə görə hörmət qazanır

İspaniyanın baş naziri qondarma İsrail rejiminin idman yarışlarından məhrum edilməsinə dair açıqlama verib.

Pedro Sançez Madriddə keçirilən La Vuelta velosiped yarışının son mərhələsinin pro-Fələstin yürüşləri səbəbilə pozulmasına münasibət bildirərkən deyib ki, Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkənin idman yarışlarından məhrum edildiyi kimi, İsrailin də Qəzzəyə hücum davam etdiyi müddətdə bu rejimin beynəlxalq yarışlardan çıxarılması zəruridir.

O sual verib: “Niyə Rusiyaya qarşı bu cür tədbirlər görüldü, amma İsrailə qarşı bunlar görülmür?”.

Sançez insan hüquqları baxımından bu addımın ədalətli olmasını vurğulayıb və barbarlığın sona çatdığı zamanadək İsrailin beynəlxalq yarışlarda yer almamasının lazım olduğunu ifadə edib.

İspaniyanın baş naziri sonra idman federasiyalarına çağırış edərək İsrailin yarışlarda iştirakının dayandırılmasını xahiş edib.

Onun fikrincə, vətəndaşların etirazları, xüsusilə pro-Fələstin yürüşləri İspaniyada geniş dəstək görən ədalət hissinin təzahürüdür.

İsrail rejimi Sançezin bu tələblərini sərt şəkildə tənqid edib. Xarici işlər naziri Gideon Saar onu “antisemit” və “yalan danışan” dövlət başçısı adlandırıb.

Xatırladaq ki, bu günlər İsrail rejiminin Avroviziya Mahnı Müsabiqəsindəki iştirakının da boykot edilməsi tələb olunur. İspaniya ilə yanaşı Hollandiya, İrlandiya və Sloveniya təhdid ediblər ki, İsrailin bu müsabiqəyə qatılacağı təqdirdə onda iştirak etməyəcəklər.