Avq 21, 2017 13:07 Asia/Baku
  • Tramp Şarlotsvil sınağında məğlub olub
    Tramp Şarlotsvil sınağında məğlub olub

Miçiqanda islami mərkəzin imamcamaatı deyib: ABŞ prezidenti Donald Tramp Şarlotsvildə irqçiliyə qarşı aksiyaçıların öldürülməsi və yaralanması hadisəsinə münasibətdə məğlubiyyətə uğrayıb.

PressTv-nin verdiyi məlumata görə, Məhəmməd İlahi Trampı riyakarlıqda ittiham edərək deyib: Amerika prezidenti ikili standartlı bir siyasətçi nümunəsidir. 

Miçiqanda Ağıl İslami Mərkəzinin imamcamaatı Məhəmməd İlahi deyib: Məncə Tramp ötən həftə Şarlotsvildə baş verənlərlə əlaqədar siyasi sınaqda məölubiyyətə uğradı. Trampın mövqeyi son dərəcə zəif idi. Trampın rəftarında ağıl və idarəçilikdən xəbər yox idi və onun sözləri vəziyyətin düzəlməsi və barışığa heç bir töhfə vermədi. O son günlər təzadlı bəyanatlar verib. Trampın bu kimi riyakarlığı Amerikada çoxlarının səsini çıxaracaq. Prezident Tramp heç şübhəsiz ki, nasist və ifratçı qrupları pisləməlidir. Tramp ikili standartlara malik olan siyasətçi nümunəsidir. 

Teqlər