Avq 22, 2017 11:31 Asia/Baku
  • Trampın Əfqanıstanda hərbi strategiyasına tənqidlər
    Trampın Əfqanıstanda hərbi strategiyasına tənqidlər

ABŞ rəsmiləri bu ölkə prezidentinin Əfqanıstanla bağlı strategiyasını sonsuz müharibə adlandırıblar.

İRNA-nın məlumatına görə, ABŞ-ın bir qrup senatoru prezident Donald Trampın amerikalı hərbçilərin Əfqanıstandan çıxması üçün heç bir müəyyən zamanın olmaması ilə əlaqədar sözlərinə reaksiyada onu tənqid atəşinə tutub. 

ABŞ prezidenti bazar ertəsi gecə Virciniyanın Arlinqton şəhərində bir qrup hərbçi və siyasi şəxsiyyətin iştirak etdiyi toplantıda deyib: Strategiyaları təkmilləşdirmək üçün Əfqanıstanı ətraflı şəkildə araşdırıb. 

ABŞ prezidenti həmçinin dörd min amerikalı hərbçinin Əfqanıstana ezam olunmasına qərar verib. 

ABŞ müdafiə naziri Ceyms Mattis də deyib: Şimali Atlantik Alyansı NATO ilə Əfqanıstanda hərbi qüvvələri artırmaq üçün danışıqlar aparacaq. 

ABŞ 2011-ci il 11 sentyabr hadisəsindən sonra terrorizmlə mübarizə bəhanəsi ilə Əfqanıstanda öz hərbi müdaxiləsini davam etdirir. Halbuki Əfqanıstan rəsmiləri amerikalı hərbçilərin ölkədən çıxarılmasını istəyirlər. 

ABŞ hərbçilərinin Əfqanıstanda yaşayış massivlərinə hücumları indiyə qədər minlərlə nəfərin həlak olması və yaralanması ilə nəticələnib. 

Teqlər