Avq 22, 2017 18:53 Asia/Baku
  • Yaponiya Ş.Koreyaya qarşı təzyiqlərin artırılmasına çağırıb
    Yaponiya Ş.Koreyaya qarşı təzyiqlərin artırılmasına çağırıb

Yaponiyanın yeni xarici işlər naziri beynəlxalq ictimaiyyəti Şimali Koreyaya qarşı təzyiqlərini gücləndirməyə çağırıb.

Röytersin verdiyi məlumata görə, Yaponiyanın yeni xarici işlər naziri Taro Kono deyib: Beynəlxalq ictimaiyyətin Şimali Koreyaya qarşı təzyiqləri davam etdirilməlidir ki, Pxenyan özünün atom proqramından əl çəksin. 

Yaponiya XİN başçısı deyib: İndi şimali və cənubi Koreya , Yaponiya, ABŞ, Çin və Rusiyanın iştirakı ilə altı tərəfli müzakirələrin bərpasının vaxtı deyil, indi Şimali Koreyaya qarşı təzyiqlərin gücləndirilməsinin vaxtıdır. 

Yaponiya rəsmisinin bu bəyanatı elə bir şəraitdə səsləndirilir ki, Şimali Koreya heç bir hədə-qorxu və sanksiyadan qorxmadığını və özünün prinsipiyal mövqelərindən geri çəkilmək və nüvə fəaliyyətlərindən faz keçmək üçün danışıqlara getmək istəmir və bütün təhdidlər qarşısında dayanacaqdır. 

Koreya yarımadasında böhran ABŞ-ın regiondakı müdaxilələrindən sonra qızışdı. Amerikanın Cənubi Koreya ilə birgə hərbi təlimləri və Vaşinqtonun ekspansionist siyasətləri bu böhranın qızışmasının əsas səbəblərini təşkil edir. 

Teqlər