Kaliforniya aksiyalarında 5 nəfər saxlanılıb
https://azeri.sahartv.ir/news/dünya-i280968-kaliforniya_aksiyalarında_5_nəfər_saxlanılıb
ABŞ polisi Kaliforniya ştatının Berkli şəhərində irqçiliyə qarşı aksiya iştirakçılarından 5 nəfərini saxlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2017 07:36 Asia/Baku
  • Kaliforniya aksiyalarında 5 nəfər saxlanılıb
    Kaliforniya aksiyalarında 5 nəfər saxlanılıb

ABŞ polisi Kaliforniya ştatının Berkli şəhərində irqçiliyə qarşı aksiya iştirakçılarından 5 nəfərini saxlayıb.

Los-Ancles Timse yazır: ABŞ polisi şənbə gün Berkli şəhərində anti-rasizm aksiyalarda iştirak edənlərdən 5 nəfərini saxlayıb. Aksiya irqçi qrupların hərəkətlərinə qarşı şəhərin parklarından birində keçirilmişdir. 

Şənbə günü San-Fransisko şəhərində də minlərlə adamın iştirakı ilə aksiya keçirilib və Tramp hökuməti, irqçilik və Şarlotsvil şəhərində baş vermiş zorakılıqlara qarşı şüarlar səsləndirilib. 

ABŞ-da ifratçı sağçı və rasist qrupların zorakılıq hərəkətləri son günlərdə daha geniş vüsət alıb. 

İrqçi qruplar Şarlotsvil şəhərində 19-ci əsrdə quldarlığın himayədarlarından olan bir şəxsin heykəlinin götürülməsinə etiraz olaraq bu şəhərdə toplaşmışdılar. 

Donald Tramp irqçi qrupları bir mənalı şəkildə pisləmək istəmədi.