Qırğızıstan prezidenti növbəti hökumətdə rola malik olmayacaq
Avq 28, 2017 19:21 Asia/Baku
-
Qırğızıstan prezidenti növbəti hökumətdə rola malik olmayacaq
Qırğızıstan prezidenti deyir: Prezidentlik dövrü sona çatdıqdan sonra heç bir vəzifə qəbul etməyəcək və müxalifət bu cəhətdən arxayın ola bilər.
Qırğızıstanın EkiPress xəbər portalının verdiyi məlumata görə, Almas Atanbayev deyib: Müxaliflərin iddialarının əksinə olaraq prezidentlik dövrü bitdikdə növbəti hökumətdə vəzifə qəbul etməyəcəyəm.
Qırğızıstan prezidenti deyib: Buna baxmayaraq Sosial Demokrat Partiyasının rəhbərliyi vəzifəsi fərqli mövzudur.
Atambayevin prezidentlik dövrü 2017-ci ildə sona çatır və o qanuna görə bir daha seçkilərdə iştirak edə bilməz amma bəzi tənqidçilər növbəti hökumətdə baş nazir vəzifəsində hakimiyyətdə qalacağından nigarandırlar.
Qırğızıstanda prezident seçkiəri 15 oktyabrda keçiriləcək.