Avq 30, 2017 09:05 Asia/Baku
  • ABŞ-ın ən iri neftayırma zavodu bağlanıb
    ABŞ-ın ən iri neftayırma zavodu bağlanıb

Harvi qasırğası nəticəsində baş verən sel Amerikanın ən iri neftayırma zavodunu fəaliyyətini dayandırıb.

Röytersin verdiyi məlumata görə, Motiva neftayırma zavodunun sahibi olan Motiva Enterpraises bildirib ki, gündəlik 603 min barrel neft təmizləyən bu zavod dünən daşğından aldığı ziyana görə fəaliyyətini dayandırıb. 

Texasda Motiva neftayırma zavodunun bağlanması nəticəsində Harvi qasırğası üzündən ABŞ-da neftayırma potensiyalının 19.6 faizi fəaliyyətini dayandırmışdır. 

Harvi qasırğası saatda 215 km sürətlə cümə günündən Texas ştatına daxil olub və qasırğa nəticəsində indiyədək ən azı 9 nəfərin həlak olduğu bildirilir. 

ABŞ prezidenti Donald Tramp dünən Texasda durumu yaxından görmək üçün bu şəhərə səfər edib. 

Harvi qasırğası nəticəsində Texas ştatında minlərlə sakin öz mənzillərini tərk etməli olub. 

Teqlər