Avq 30, 2017 13:46 Asia/Baku
  • BMT TŞ Ş.Koreyanın raket sınağı ilə əlaqədar iclas keçirib
    BMT TŞ Ş.Koreyanın raket sınağı ilə əlaqədar iclas keçirib

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvləri Pxenyandan TŞ-nin qətnamələrinə sadiq qalmasını istəyiblər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, BMT TŞ üzvləri dünən Nyu-Yorkda yerli vaxtla günortadan sonra Ş.Koreyanın son raket sınağı ilə əlaqədar fövqəladə iclasın sonunda bəyanat qəbul ediblər. 

TŞ-nin bəyanatında Şimali Koreyadan yarımadada öz hərbi təşəbbüslərini o sıradan raket sınaqlarını yekunlaşdırması istənilir. 

Ş.Koreya dünən səhər çağı bir ədəd orta mənzilli raket sınaqdan keçirib. Bu raketin Yaponiyanın səmasında keçməsi bu ölkənin şimal zonalarında təhlükə siqnalının səslənməsi ilə nəticələnib. 

Yaponiya, Cənubi Koreya, Amerika və Avropa Birliyi Ş.Koreyanın raket sınağına reaksiya göstəriblər. 

Ş.Koreya bu gün səhər çağı bir bəyanat yayaraq son raket sınağının ABŞ və Cənubi Koreyanın yarımadada keçirdikləri son müştərək hərbi təlimlərinə cavab olduğunu bildirib. 

Ş.Koreya rəhbəri Kim Conq Un bu bəyanatda Amerika qarşısında ölkənin hərbi gücünün artırılması məqsədi ilə bu kimi sınaqların davam etdirilməsinin vaciblyini vurğulayıb. 

Pxenyan dəfələrlər bildirib ki, Amerika və onu müttəfiqləri Şimali Koreyaya qarşı öz hədə-qorxularına son qoymayınca bu ölkə özünün hərbi gücünü və önləyici hücum qabiliyyətini gücləndirməkdə davam edəcək. 

Teqlər