A.Merkel: Əsəd fikirləşdiyimizdən daha güclüdür
https://azeri.sahartv.ir/news/dünya-i281149-a.merkel_Əsəd_fikirləşdiyimizdən_daha_güclüdür
Almaniya konsleri Angela Merkel deyib: Suriya prezidenti Bəşar Əsədin gücü fikirləşdiyimizdən daha çoxdur, baxmayaraq ki, bu heç də qərbin istədiyi deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2017 10:13 Asia/Baku
  • 
A.Merkel: Əsəd fikirləşdiyimizdən daha güclüdür
    A.Merkel: Əsəd fikirləşdiyimizdən daha güclüdür

Almaniya konsleri Angela Merkel deyib: Suriya prezidenti Bəşar Əsədin gücü fikirləşdiyimizdən daha çoxdur, baxmayaraq ki, bu heç də qərbin istədiyi deyil.

Angela Merkel dünən Berlində özünün illik mətbuat brifinqində Suriya prezidenti Bəşar Əsədin daha da güclənməsini etiraf edərək deyib: Bu qərbin xoşuna gəlmir və qərbin arzuladığı şey deyil. 

Merkel deyib: Bəşar Əsəd mənim istədiyimdən daha güclüdür. 

Merkel eyni zamanda deyib: Bu reallıq heç də Suriyada siyasi keçidin zəruriliyini dəyişmir. 

Almaniya konsleri deyib: Siyasi keçid Suriyada barışığın reallaşmasına səbəb ola bilər. Merkel bu mövzu ətrafında müzakirələrin lazımı sürətə malik olmadığını da deyib.