Ş.Koreya: Yaponiya öz məhvini tezləşdirməsin
Pxenyan Tokiyoya yeni raket sisteminin bu ölkə ərazisində yerləşdirilməsində Amerikanı müşayiət etmək barədə xəbərdarlıq edib.
İSNA-nın verdiyi məlumata görə, Şimali Koreya dövlətinin bəyanatında deyilir: Yaponiya Amerikanın kənarında durmaqla özünü yaxın gələcəkdə məhv etmək təhlükəsi ilə üz-üzə qoymuş olur və Şimali Koreyaya qarşı Amerikaya dəstək verməklə təhlükəli duruma girmiş olur.
Ş.Koreya dövlətinin bəyanatında deyilir: Yaponiya və ABŞ arasında hərbi əlaqələr Koreya yarımadası üçün böyük təhlükədir və Yaponiya bu hərəkəti ilə özünün məhvini yaxınlaşdırmış olduğunu anlamır.
Ş.Koreya dövlətinin bəyanatı Yaponiyanın ballestik raket hücumuna qarşı Aegis müdafiə sisteminin müasirləşdirilməsinə dair səylərinə cavab xarakteri daşıyır.
Bu proqrama görə Yaponiya sözü gedən sistem üçün Amerikadan son dərəcə inkişaf etdirilmiş radarlar almağı planlaşdırır.