Quamda anti-Amerika aksiyası keçirilib
-
Quamda anti-Amerika aksiyası keçirilib
Sakik okeanda ABŞ-ın hərbi bazasının yerləşdiyi və bu dövlətin hakimiyyəti altında olan Quam adasında yüzlərlə adam bu adanın vəhşi heyvanların qoruq məntəqəsində ABŞ ordusu üçün atəş ərazisinin yaradılması təklifinə qarşı etiraz aksiyası keçirib.
PressTv-nin verdiyi məlumata görə, aksiyaçılar Quam dövlətinin ABŞ-ın bu təklifi qarşısında susmasına qəzəblənib.
Ötən həftə ABŞ ordusu bildirib ki, Quamın əl dəyməmiş bölgəsində bu adaya daxil olacağı qərara alınmış amerikan dəniz piyadaları üçün atəş bölgəsi yaratmaq məqsədi ilə bir podratçı şirkətlə 78 milyon dollarlıq müqavilə imzalanıb.
Amerikanın Şimali Koreyaya qarşı son hədə-qorxularından sonra Ş.Koreya Quam adasına hücum planını tam təfərrüatı ilə yayımladı amma Çinin diplomatik səyləri nəticəsində böhranın müəyyən qədər səngiməsindən sonra Pxenyan bildirdi ki, özünün proqramını dayandırıb. Bununla belə Amerika və Cənubi Koreyanın müştərək hərbi təlimləri Pxenyanı qəzəbləndirdi, böhran qızışdı və bu gün Ş.Koreya ABŞ-ın Quam adasındakı hərbi bazasını hədəfə almaq planını yenidən gündəmə gətirib.
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı avqustun 8-də Şimali Koreyanı hərbi hücumla hədələdi.
Quamda 6 min Amerika hərbçisi və böyük həcmdə hərbi təchizatları yerləşdirilib.