Harvi qasırğasının ziyanları neft ehtiyatları hesabına aradan qaldırılacaq
-
Harvi qasırğasının ziyanları neft ehtiyatları hesabına aradan qaldırılacaq
ABŞ-ın energetika naziri Harvi qasırğasının vurduğu ziyanların aradan qaldırılması üçün strateji neft ehtiyatlarının 4.5 milyon barrelinin istismar edilməsi ilə razılaşıb.
Röytersin verdiyi məlumata görə, Amerika Luiziyana və Texas ştatlarında yeraltı anbarlarda yüz milyonlarla barrel neft ehtiyatına malikdir və bu ehtiyatları güclü şəkildə mühafizə edir.
ABŞ konqresi 1975-ci ildə yanacağın qiymətinin artacağı və Amerika iqtisadiyyatına zərbə vuracağı gözlənilən ərəblərin Amerikaya qarşı neft embarqosu dövründə strateji neft ehtiyatlarının yaradılması layihəsini qəbul etdi.
Harvi qasırğası Texasda bəzi neft mərkəzlərinin fəaliyyətlərini əngəlləyib.
Bu qasırğa nəticəsində onlarla adam ölüb, yaralanıb və ən azı 200 min insan ev-eşiklərini tərk etməli olub.