Deyli Teleqraf: Myanma ordusu müsəlmanlara qarşı soyqırım törədir
Britaniyada çıxan Deyli Teleqraf qəzeti yazır: Şahid ifadələrinə əsasən Myanma ordusu Ruhinqa müsəlmanlarını qırğın etməklə məşğuldur.
Deyli Teleqraf qəzeti öz internet səhifəsində yazıb: Hadisə şahidlərinin Myanmada uşaqların başlarının kəsilməsi və müsəlmanların diri diri yandırılması ilə bağlı söylədikləri bu ölkədə Ruhinqa müsəlmanlarına qarşı dəhşətli bir faciənin gerçəkləşməkdə olması ilə bağlı ciddi nigaranlıq doğurub.
Britaniyada çıxan Deyli Teleqraf qəzeti həmçinin yazıb: Myanma dövlətinin bir həftədən artıqdır ki, müsəlmanlara qarşı zorakılıqları və təhrikedici bəyanatlarının ardınca Britaniyanın BMT-dəki nümayəndəsi Metyo Ri Kraft Myanmanın xarici işlər naziri Ang San Suçidən vəziyyəti sakitləşdirməsini istəyib.
Deyli Teleqrafın yazdığına görə, nobel sülh mükafatı laureatı olan Ang San Suçi Myanmada müsəlmanlara qarşı baş verməkdə olan soyqırımına laqeyd yanaşmasına görə beynəlxalq etirazlar ilə üzləşib.