Sen 04, 2017 09:07 Asia/Baku
  • Harvi qasırğası 180 milyard dollarlıq xəsarət vurub
    Harvi qasırğası 180 milyard dollarlıq xəsarət vurub

Gürcüstanın Axaltsixe məntəqəsində bu ölkə ordusunun NATO qüvvələrilə birgə manevri başlanıb.

Gürcüstanın müdafiə nazirliyi bildirib ki, bu manevr hərbi silahlar və yeni texnologiyalarla tanışlıq, eləcə də hərbi və təlim bünövrəsini gücləndirmək məqsədilə dünən başlayıb və sentyabrın 11-dək davam edəcək.

Gürcüstanın Amerika və NATO ölkələrilə hərbi anlaşmasının yaxşılaşması bu manevrin keçirilməsinin digər hədəflərindəndir.

Bu manevr Gürcüstanın müdafiə nazirliyinin təşkilatçılığı və ABŞ dəniz piyadaları komandanlığının həmkarlığı ilə səhra və qərargah etapları kimi iki mərhələdə və Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Ermənistanın hərbi bölmələrinin iştirakı ilə keçirilməkdədir.

Gürcüstanın müdafiə nazirliyi bildirib ki, bu manevrdə 500 ABŞ dəniz piyadası iştirak edir.

Teqlər