İndoneziya Myanmada müsəlmanlara qarşı zorakılıqların dayandırılmasını istəyib
https://azeri.sahartv.ir/news/dünya-i281355-İndoneziya_myanmada_müsəlmanlara_qarşı_zorakılıqların_dayandırılmasını_istəyib
İndoneziya prezidenti bu ökənin xarici işlər nazirini Myanmaya göndərib ki, həmin ölkənin başçılarından Ruhinqa müsəlmanlarına qarşı zorakılıqlara son qoymalarını istəsin.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2017 08:57 Asia/Baku
  • İndoneziya Myanmada müsəlmanlara qarşı zorakılıqların dayandırılmasını istəyib
    İndoneziya Myanmada müsəlmanlara qarşı zorakılıqların dayandırılmasını istəyib

İndoneziya prezidenti bu ökənin xarici işlər nazirini Myanmaya göndərib ki, həmin ölkənin başçılarından Ruhinqa müsəlmanlarına qarşı zorakılıqlara son qoymalarını istəsin.

İndoneziyanın paytaxtı Cakartada bir benzinli bombanın Myanma səfirliyinə atılmasından sonra İndoneziya prezidenti Coko Vidodo bu ökənin xarici işlər nazirini Myanmaya göndərib ki, həmin ölkənin başçılarından Ruhinqa müsəlmanlarına qarşı zorakılıqlara son qoymalarını istəsin.

Myanmanın Cakartadakı səfirliyinə "Molotov kokteyli"nin tullanması elə bir şəraitdədir ki, İndoneziya müsəlmanlarının Myanmanın ordusu və təhlükəsizlik qüvvələrinin Ruhinqa müsəlmanlarına qarşı zorakı hərəkətləri ilə bağlı nifrət və hiddətləri kəskin tərzdə artıbdır.

Cakarta polisi bu hadisə barədə təhqiqata başlayıb. Polis hələ bu hücumda əsas məqsədi aşkarlamayıbdır.