Harvi qasırğası Amerikada 60 can aldı
-
Harvi qasırğası Amerikada 60 can aldı
ABŞ-ın Texas Ştatının yerli rəsmiləri son Harvi qasırğasının 60 nəfərin ölümünə yol açdığını bildiriblər.
APTN-nin verdiyi məlumata görə, Texas Ştatı rəsmiləri bazar ertəsi günü bildiriblər ki, Harvi qasırğasının qurbanları əsasən daşqınlar və sel suları nəticəsində boğularaq həyatını itirib.
Harvi qasırğası həmçinin, yarım milyon insanın öz yaşayış yerini tərk etməsinə səbəb olub. Federal Fövqəladə Hallar Təşkilatı təqribən 560 min ailənin mənzil yardımı üçün qeydiyyatdan keçdiyini bildirib.
Media məlumatlarına görə, Harvi qasırğası 40 min evin və 1 milyon avtomobilin yararsız hala düşməsinə səbəb olub.
Harvi qasırğası Luiziana Ştatında da böyük xəsarətlərə səbəb olub, neft və qaz sənayesinə ciddi zərər və ziyanlar yetirib.
Harvi qasırğasının böyük dağıntılara səbəb olması unun 12 il öncə baş vermiş Katrina qasırğası ilə müqayisə edilməsinə səbəb olub. Katrina qasırğası 1800 nəfərin ölməsinə səbəb olmaqla yanaşı təqribən 108 milyard dollar zərər və ziyana yol açmışdı.