Sen 05, 2017 12:43 Asia/Baku
  • Çeçenistan və Ukrayna müsəlmanları Myanmada müsəlmanlara qarşı zorakılıqlara
    Çeçenistan və Ukrayna müsəlmanları Myanmada müsəlmanlara qarşı zorakılıqlara "dur" dedi

Çeçenistan və Ukraynada yaşayan minlərlə müsəlman Myanma ordusunun Ruhinqa müsəlmanlarına qarşı zorakılıqlarına etiraz olaraq aksiya keçirib.

PressTV-nin verdiyi məlumata görə, bazar ertəsi günü Çeçenistanın paytaxtı Qroznıda keçirilən aksiyada Myanma hökumətinə qarşı şüarlar səsləndirilib və Ruhinqa müsəlmanlarına qarşı zorakılıqlara etiraz edilib. 

Ukraynada da yüzlərlə nəfər Xarici İşlər Nazirliyinin binası önündə bir araya gələrək, Myanmada müsəlmanlara qarşı zorakılıqlara etiraz edib. Aksiya iştirakçıları Ukrayna hökumətindən diplomatik vasitələrdən istifadə edərək, bu qırğınların dayandırılması istiqamərində addım atmasını istəyiblər. 

Myanma ordusu və ifratçı buddistlər 25 avqust tarixindən başlayaraq, Raxin vilayətində yaşayan Ruhinqa müsəlmanlarına qarşı kütləvi qırğınlar törədirlər. 

Raxin vilayəti 2012-ci ildən bəri Myanma ordusunun müsəlmanlara qarşı zorakılıqlarının şahididir. 

Myanmada 1 milyondan çox müsəlman yaşayır. Müsəlman əhali Myanma dövləti tərəfindən vətəndaşlıq hüququndan və yaşamaq haqqından məhrum edilib. 

Teqlər