Tramp Cənubi Koreya və Yaponiyaya daha artıq silahın satılması barədə göstəriş verib
https://azeri.sahartv.ir/news/dünya-i281425-tramp_cənubi_koreya_və_yaponiyaya_daha_artıq_silahın_satılması_barədə_göstəriş_verib
Amerika və Şimali Koreya arasında gərginliyin yüksəlməsi ilə ABŞ prezidenti Donald Tramp Cənubi Koreya və Yaponiyaya daha artıq silahın satılmasına icazə verən qərar imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2017 16:28 Asia/Baku
  • 
Tramp Cənubi Koreya və Yaponiyaya daha artıq silahın satılması barədə göstəriş verib
    Tramp Cənubi Koreya və Yaponiyaya daha artıq silahın satılması barədə göstəriş verib

Amerika və Şimali Koreya arasında gərginliyin yüksəlməsi ilə ABŞ prezidenti Donald Tramp Cənubi Koreya və Yaponiyaya daha artıq silahın satılmasına icazə verən qərar imzalayıb.

İRNA-nın məlumatına görə, Tramp çərşənbə axşamı öz tvittier səhifəsində yazıb: Yaponiya və Cənubi Koreya Amerikadan daha artıq modern silahlar ala bilərlər. 

Cənubi Koreya 2010-2016-cı illərdə Amerikadan 5 milyard dollar dəyərində silah və hərbi təchizat alıb. 

Yaponiya da ABŞ-ın müttəfiqlərindən biri olaraq bu ölkədən ən çox silah alan ölkələr sırasında yer alır. 

ABŞ və Şimali Koreya arasında gərginliyin artması ilə Pxenyan bazar günü bir hidrogen bombasını sınaqdan keçirib.