Sen 06, 2017 09:13 Asia/Baku
  • BMT baş katibi Koreya yarımadası böhranının diplomatik həllini vurğuladı

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Koreya yarımadası böhranının diplomatik yolla həll edilməli olduğunu vurğulayıb və deyib: Hərbi hərəkətlərin nəticəsi acınacaqlı olacaqdır.

İRİB-in məlumatına görə, Antonio Quterreş çərşənbə axşamı günü Koreya yarımadasındakı mövcud gərginliklərdən nigaranlıq edib və deyib: Siyasi müzakirələr Koreya yarımadasını nüvə silahlarından təmizləyə bilər. 

Şimali Koreya ötən bazar günü hidrogen bombanı uğurla sınaqdan keçirdiyini bildirib. Şimali Koreya 29 avqustda da bir ballistik raketi sınaqdan keçirmişdi. 

ABŞ və Şimali Koreya arasında gərginlik prezident Donald Trampın avantürist strategiyası ilə zirvəyə çatıb. Tramp Şimali Koreyanı hərbi hücumla hədələyib. 

Pxenyan dəfələrlə bildirib ki, ABŞ və müttəfiqləri Şimali Koreya əleyhinə hədələri davam etdirdikləri vaxta qədər, bu ölkə öz hərbi və önləyici hücum potensialını gücləndirməyi davam etdirəcək. 

Teqlər