Myanma müsəlmanlarının acınacaqlı durumu pislənilib
Britaniya İslam İnsan Haqları Komissiyası Myanma dövləti və radikal buddistlərin müsəlmanlar əleyhinə cinayətini pisləyib.
İRNA-nın məlumatına görə, Britaniya İslam İnsan Haqları Komissiyası çərşənbə axşamı günü Myanmada müsəlmanların durumundan nigaranlıq edərək dünya ictimaiyyətinin ruhingiyalı müsəlmanları dəstəkləməsini istəyib və bildirib: Dünya ictimaiyyətinin reaksiyasının olmaması Myanma ordusu və dövlətinin müsəlmanların repressiyasını davam etdirməsi ilə nəticələnir.
Britaniya İslam İnsan Haqları Komissiyası bəyanatında əlavə edib: Myanmada müsəlmanların durumunun ağırlaşması ilə BMT bu barədə təsirli reaksiya verməyib.
Myanma dövləti Ruhingiya müsəlmanlarına qarşı irqi təmizləmə siyasəti yürüdür və hazırda müsəlmanlara humanitar yardımların qarşısını almaqla və onların sərbəst gediş-gəliş hüquqlarını pozmaqla repressiyasını davam etdirir.