Sen 06, 2017 10:27 Asia/Baku
  • Fələstinli ailə Şərqi Beytül-Müqəddəsdən qovulub

Sionist rejim polis məmurları Şərqi Beytül-Müqəddəsdə bir fələstinli ailəni mənzilindən çıxarıblar.

İRİB-in məlumatına görə, sionist hərbçilər ötən gecə Şərqi Beytül-Müqəddəsdə Şeyx Cərrah məhəlləsində Əyyub Şəmasənənin mənzilinə daxil olub və onu və ailəsini mənzili tərk etməyə məcbur ediblər. Fələstinli ailənin evdən çıxarılması ilə sionistlər İsrail rejimi hərbçilərinin dəstəyi ilə bu evə daxil olublar. 

Digər tərəfdən bu fələstinli ailə mənzildən çıxarılmaları üçün 17-19 min dollar ödəməlidirlər. Çünki məcburi şəkildə evi tərk ediblər. 

İsrail rejimi Ali Məhkəməsi 2013-cü il avqust ayında bu fələstinli ailənin mənzilin boşaldılması və qəsəbə sakininə təhvil verilməsinə dair qərara etirazını rədd edib. 

QHT-lər sionist hərbçilərin bu hərəkətini Beytül-Müqəddəsin yəhudiləşdirilməsi üçün yeni addım adlandırıblar. 

Teqlər