Obama Daka miqrasiya qanunun ləğvini tənqid etdi
ABŞ-ın sabiq prezidenti bu ölkədə qanuni uçot sənədi olmayan miqrantların övladlarına dəstək proqramının ləğvi üzrə Donald Trampın yeni anti-miqrasiya qərarını tənqid edib.
İRNA-nın məlumatına görə, ABŞ-ın sabiq prezidenti Barak Obama çərşənbə axşamı günü Daka qanunun ləğvi üzrə Trampın miqrantlar əleyhinə qərarını siyasi xarakterli qərar adlandırıb.
Obama ABŞ prezidentinin qərarının qanuni və etik göstəriciləri əks etdirməsini sual altına alıb və deyib: Amerikalıların miqrant qanunu haqda hər hansı nigaranlığı və ya şikayəti olarsa, amerikalı gənclərin gələcəyinin hədələnməsinə icazə vermək olmaz.
ABŞ prezidenti çərşənbə axşamı günü Daka qanunun ləğvinə qərar verib. Bu da ABŞ-da uçot sənədi olmayan azı 800 min miqrantın həyatını təsir altına ala bilər.